SİYASƏT


Rusiya XİN: Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır

A+ A

Bakı, 9 iyul, AZƏRTAC 

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikir nazir Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana səfəri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında öz əksini tapıb.

Açıqlamada bildirilir ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hüquq bərabərliyi, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq prinsipləri əsasında qurulub. “Ümumilikdə ticari-iqtisadi əlaqələrimiz də yaxşı inkişaf edir. İki ölkənin biznes nümayəndələri arasında dialoqun fəallaşmasından və bu ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının nəticələrindən əlavə müsbət impulslar gözləyirik”, - deyə açıqlamada qeyd edilir.

Açıqlamada Sergey Lavrovun Azərbaycana səfərinin təfərrüatları barədə də məlumat verilir. Bildirilir ki, görüşlərdə Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafı çərçivəsində danışılar aparılacaq. Hər iki ölkənin gündəliyində duran aktual məsələlərin müzakirəsi və Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmaların inkişaf etdirilməsi barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Nazirliyin açıqlamasında bildirilir ki, Rusiya tərəfi humanitar sahədə ənənəvi əlaqələrin genişlənməsinə, tarixən Rusiya və Azərbaycan xalqları arasında yaranmış sıx mənəvi təmasların qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Sentyabrın 29-da Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.