SİYASƏT


Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri 2017-ci ildə yüksələn xətlə inkişaf edəcək

Moskva, 12 yanvar, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 12-də keçirdiyi brifinqdə Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə suala cavabında bildirib ki, 2017-ci ildə iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək.

M.Zaxarova deyib: “Biz Azərbaycan ilə münasibətləri inkişaf etdiririk. Rusiyanın xarici siyasətini müəyyən edən bütün müvafiq istiqamətləndirici sənədlərdən göründüyü kimi, Azərbaycan ilə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edəcək. Biz ötən il siyasi, iqtisadi, humanitar sahələrdə bir çox məsələlərin həllini nəzərdə tutmuşuq və onlar bu il öz həllini tapacaqdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.