SİYASƏT


Rusiya XİN-də Ermənistan-Azərbaycan münaqişəsinə dair məsləhətləşmələr aparılacaq

A+ A

Moskva, 31 avqust, AZƏRTAC

Sentyabrın 8-də Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair məsləhətləşmələr aparılması planlaşdırılır.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə Moskvada keçirilən növbəti brifinqdə məlumat verib.

Bildirilib ki, məsləhətləşmələrdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair mayın 18-də Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişinə və birgə iş perspektivlərinə xüsusi diqqət yetiriləcək.

M.Zaxarova deyib: “Söhbət Moskvada, Vaşinqtonda və Parisdə müntəzəm keçirilən planlı məsləhətləşmələrdən gedir. Bu tədbirin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində üç ölkənin səylərini əlaqələndirməkdir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.