İQTİSADİYYAT


Rusiya aviaşirkəti Bakıya yeni aviareyslər açır VİDEO

A+ A

Bakı, 5 avqust, Elvin Camalov, AZƏRTAC

Rusiyanın “Komiaviatrans” aviaşirkəti Sıktıvkar və Nijni Novqorod şəhərlərindən Bakıya yeni aviareyslər təşkil edəcək.

AZƏRTAC “www.progorod11.ru” saytına istinadla xəbər verir ki, Azərbaycana uçuşlar avqustun 25-dən başlayacaq. Uçuşlar “Embraer” tipli təyyarə ilə həyata keçiriləcək.

Sıktıvkardan cümə axşamı 12:10-da uçan təyyarə, Bakıya saat 18:15-də eniş edəcək. Sözügedən marşrut üzrə əks istiqamətdə reyslər cümə günləri olmaqla, Bakıdan saat 14:15-də yola düşəcək və 18:20-də Sıktıvkara çatacaq. Sıktıvkar-Bakı aviareysi üzrə bir tərəfə biletin qiyməti 435 manat (18 min rubl) təşkil edir.

Nijni Novqoroddan Bakıya olan aviareys isə cümə axşamı günü Bakıdan saat 19:15-də yola düşəcək təyyarə, saat 21:00-da Nijni Novqoroda enəcək. Əks istiqamətdə isə cümə günü Nijni Novqoroddan 09:30-da yola düşən təyyarə, Bakıya saat 13:15-də çatacaq. Bu istiqamətdə isə biletin qiyməti 411 manat (17 min rubl) təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.