DÜNYA


Rusiya bankları müştərilərin identifikasiyasını  "selfie" ilə həyata keçirəcək

Bakı, 26 iyul, AZƏRTAC

Rusiya bankları müştərilərin identifikasiyasını smartfonlar vasitəsilə çəkilən "selfie" ilə həyata keçirməyi planlaşdırır. "Sberbank", "VTB 24", "SMP-bank" və "Rosbank" "Binbank", "Sitibank" və "Ak Bars" bu sistemin işə salınması imkanlarını nəzərdən keçirir.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, identifikasiya üsulu istənilən əməliyyat zamanı vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyə və məlumatların yoxlanılması vaxtına 0,5 saniyə qənaət etməyə imkan verəcək.

Yeni sistemin iyulun sonunda sınaqdan keçiriləcək Milli Biometrik Platformanın buraxılışından sonra tətbiqi gözlənilir.

Martda "Sberbank"ın prezidenti German Qref bildirmişdi ki, kredit müəssisəsi dodaqların hərəkətinə görə müştərilərin identifikasiyası texnologiyası üzərində işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.