DÜNYA
Rusiya hökuməti 2018-ci il dünya çempionatına hazırlıq proqramını dəyişdirib
Bakı, 18 aprel, AZƏRTAC
Rusiyanın Baş naziri Dimitri Medvedyev 2018-ci ildə bu ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıq proqramına dəyişikliklərlə bağlı müvafiq sənəd imzalayıb. Bu barədə məlumat hökumətin rəsmi saytında yerləşdirilib.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, imzalanan sənədə əsasən, “Lujniki” olimpiya kompleksinin böyük idman arenasının tamaşaçı tutumu 89 000 nəfərdən 81 000 nəfərə qədər azaldılıb. Bu dəyişikliklər Rusiyanın İdman Nazirliyi ilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) tərəfindən razılaşdırılıb.
Bundan başqa, çempionatın keçirilməsi üçün vacib olan şəraitin yaradılması məqsədilə proqrama bir sıra tədbirlərin vaxtında və keyfiyyətlə reallaşdırılmasını nəzərdə tutan digər dəyişikliklər də edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]