DÜNYA


Rusiya hökuməti əcnəbilərin ölkədə müvəqqəti yaşamasına icazə kvotasının sayını azaldıb

A+ A

Moskva, 18 noyabr, AZƏRTAC

Rusiya hökuməti 2017-ci il üçün əcnəbilərin ölkədə müvəqqəti yaşamasına icazə kvotasını müəyyən edib. Bu il kvotanın sayı ötən illə müqayisədə 11,9 faiz azalıb.

Müvafiq sərəncama əsasən, gələn il əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyada müvəqqəti yaşaması üçün 110 min 880 icazə sənədi verilə bilər. Bu say ölkənin bütün subyektləri arasında bölünəcək.

Qeyd edək ki, 2016-cı ildə bu göstərici 125,9 min təşkil edirdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.