DÜNYA


Rusiya ilə Avropa İttifaqı Ukraynaya qaz nəqlinə dair üçtərəfli görüş keçirəcək

A+ A

Bakı, 26 noyabr, Nihad Budaqov, AZƏRTAC

Rusiya və Avropa İttifaqı (Aİ) Ukraynaya təbii qaz nəqlinə dair üçtərəfli görüş keçirmək barədə razılığa gəliblər.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Moskvada Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə keçirdiyi görüşdən sonra deyib.

Aleksandr Novak bildirib ki, Rusiya-Aİ və Ukrayna arasında dekabr ayında qaz tədarükü ilə bağlı üçtərəfli görüş keçirilməsi üzrə razılıq əldə olunub.

Qış mövsümü üçün Rusiyadan Ukraynaya təbii qazın tərəflər arasındakı mövcud olan saziş əsasında göndəriləcəyini deyən nazir Ukraynadan lazımi ödənişlər alındıqdan sonra yenidən qaz nəqlinin həyata keçiriləcəyini bildirib.

Maroş Şevçoviç isə Ukraynanın qaz idxalı üçün Dünya Bankından 500 milyon dollarlıq kredit alınması məsələsində son mərhələyə gəlindiyini deyib.

Qeyd edək ki, Avropa təbii qaza olan tələbatının təxminən 15 faizini Ukrayna üzərindən gələn kəmərlərlə təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.