İQTİSADİYYAT
Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtobus xətləri açılacaq
Bakı, 16 sentyabr (AZƏRTAC). Rusiya KİV-lərinin verdiyi məlumata görə, Soçidə keçiriləcək iqtisadi forumda Şimali Osetiya Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında “Cənub avtobus xətləri” layihəsini təqdim edəcəkdir.
“Cənub avtobus xətləri” layihəsinə əsasən, Vladiqafqazda yaradılması nəzərdə tutulan avtomobil müəssisəsi respublikanın paytaxtından Rusiyanın və Şimali Qafqazın iri şəhərlərinə avtobus reysləri yerinə yetirə biləcək. Cənub istiqamətində - Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan da marşrutlar təşkil edilməsi planlaşdırılır.
Layihə mərhələlər üzrə reallaşdırılacaq. Buna görə nəqliyyat vasitələrinin sayı da tədricən artırılacaq. Başlanğıc mərhələdə 40 avtobus olması və hər ay təxminən 40 min nəfər sərnişin daşınması planlaşdırılır.
Müəssisədə 120 iş yeri yaradılacaq. Sərnişinlərin rahatlığı məsələsinə xüsusi diqqət yetiriləcək. Yeni rahat avtobuslarda işləyəcək stüardlar səfər müddətində qidalanmanı təşkil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]