REGİONLAR


Rusiya ilə sərhədyanı rayonların ərazisində keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başa çatıb VİDEO

A+ A

Qusar, 28 noyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başa çatıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 21-dən başlayan əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılıb.

Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası ilə bağlıdır.

Aparılan əməliyyatlarla əlaqədar Qusar, Xaçmaz və Quba rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurularaq kompleks əməliyyat-axtarış tədbirləri aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.