REGİONLAR


Rusiya ilə sərhədyanı rayonların ərazisində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir VİDEO

A+ A

Qusar, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 21-də Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başlayıb.

AZƏRTAC xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

Bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası ilə bağlıdır.

Aparılan əməliyyatlarla əlaqədar Qusar, Xaçmaz və Quba rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

"Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər noyabrın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.