DÜNYA
Rusiya illik neft hasilatını 200 milyon tona çatdırmağı hədəfləyir
Bakı, 21 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya qarşıdakı 10 ildə illik neft istehsalını 200 milyon tona çatdırmağı nəzərdə tutur.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft”in idarə heyətinin sədri İqor Seçin deyib.
“Rusiya gələcəkdə neft hasilatını əhəmiyyətli dərəcədə artıra bilər. Proqnozlara görə, neft istehsalı ildə 200 milyon tona çatacaq”, - deyə İ.Seçin qeyd edib.
O, “Rosneft”in 2040-cı ilədək gündəlik neft hasilatının ən azı 15 milyon barrelə çatacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]