İDMAN


Rusiya millisi yeniyetmələr arasında 25 metr məsafəyə tapança ilə atəş açma yarışının qızıl medalını qazanıb VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında Rusiya millisi yeniyetmələr arasında 25 metr məsafəyə tapança ilə atəşaçma yarışında 1715 xal toplayaraq çempion olub.

AZƏRTAC xəbər verir ki, qızıl medalı Rusiya millisinə Daniil Şıxov, Eqor İsmakov, Aleksandr Petrov qazandırıblar.

İkinci yeri 1713 xalla Ukrayna millisi tutub. Ukrayna millisinin heyətində Yuri Kolesnik, Pavlo Krepostniak və Maksim Horotinets gümüş medalı komandanın aktivinə yazdırıblar.

Yarışın üçüncüsü isə 1708 xal toplayan Fransa millisi olub. Fransa yığmasının heyətində bu uğura Eduard Dortomb, Klement Qreffier, Andre Pyer Loren Kussiq imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.