İQTİSADİYYAT
Rusiya neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb
Bakı, 16 fevral, Nihad Budaqov, AZƏRTAC
Rusiya bu il neftin bir barrelinin qiymətinin 50-55 dollar səviyyəsində olacağını proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Analiz Mərkəzinin rəhbəri Pavel Sorokin deyib.
P.Sorokin neft təklifi və tələb balansındakı dəyişiklikləri nəzərə alaraq bu il “qara qızıl”ın bir barrelinin orta qiymətinin 50-55 dollar səviyyəsində olacağını nəzərdə tutduqlarını bildirib. O, neftin qiymətinin orta müddətdə 60 dollara qədər yüksələcəyini də qeyd edib.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə olunan razılaşmaya görə, gündəlik neft hasilatını 300 min barrel azaltmağı öhdəlik götürən Rusiya yanvar ayında sutkalıq hasilatını 120 min barrel azaldıb. Rusiyanın neft və qaz ixracı üzrə gəlirləri 2016-cı ildə əvvəlki ilə görə 17,7 faiz azalaraq 73,6 milyard dollara geriləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]