DÜNYA


Rusiya otelləri “Google vergisi” ödəyəcəklər

Bakı, 11 may, AZƏRTAC 

Mehmanxanaların əvvəlcədən sifariş verilməsi xidməti göstərən “booking.com” artıq Rusiyanın vergi xidmətində əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata alınıb.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, indiyədək göstərdikləri xidmətlərin qarşılığı olaraq müəyyən faiz alan elektron xidmətlər Rusiyada ƏDV ödəmirdilər. Onların əvəzinə bu işi elektron xidmətlərlə əməkdaşlıq edən Rusiya şirkətləri görürdülər.

Rusiyanın Vergi Məcəlləsində bu sahədə edilmiş dəyişikliklər işgüzar dairələr arasında qeyri-rəsmi adla “Google vergisi” kimi tanınıb. İndi Rusiya ərazisində fəaliyyət göstərən xarici xidmət şirkətləri rəsmi şəkildə qeydiyyata alınmalı və dövlət büdcəsinə 15,25 faiz dərəcə ilə vergi ödəməlidirlər.

Statistikaya əsasən, Rusiyada əvvəlcədən mehmanxana sifariş verilməsinin təxminən yarısı “booking.com” vasitəsilə həyata keçirilir. Gözlənilir ki, “Google vergisi”nin tətbiqi sayəsində yaxın vaxtlarda mehmanxanada qalmaq haqqı ən azı 4 faiz artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.