DÜNYA


Rusiya qırıcı təyyarələrini palma yağı və qəhvəyə dəyişir

Bakı, 10 avqust, AZƏRTAC

Rusiyanın 11 çoxməqsədli qırıcı təyyarəsi “Су-35” ilk dəfə İndoneziyaya göndəriləcək. Çox güman ki, onların ödənişi palma yağı və qəhvə ilə barter vasitəsilə həyata keçiriləcək.

AZƏRTAC "life.ru"ya istinadla xəbər verir ki, İndoneziya və Rusiya arasında “Су-35” qırıcı təyyarələrin satışı barədə bağlanan memorandumu müzakirə edir. Memoranduma əsasən, Rusiyanın 4 ++ nəslindən olan çoxməqsədli yüksəkmanevrli qırıcıları mübadilə ilə göndəriləcək. Avqustun əvvəlində "Ростех" və "PT Perusahaan Perdagangan Indonesia" dövlət şirkəti niyyət memorandumu imzalayıblar. Barter 11 "Су-35" təyyarəsini qəhvə, çay, palma yağı, eləcə də İndoneziya sənayenin perspektivli məhsul mübadiləsini nəzərdə tutur. Rusiyaya göndəriləcək İndoneziya mallarının sayı və sövdələşmənin məbləği barədə məlumat verilməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.