DÜNYA


Rusiya səfirini öldürən terrorçu hücuma oteldə hazırlaşıb

Bakı, 20 dekabr, AZƏRTAC 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə nəticələnən terror aktını həyata keçirən Mevlut Mert Altıntaşın hücuma oteldə hazırlaşdığı məlum olub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 14-də Altıntaş Çankaya Bələdiyyəsinin Müasir Sənətlər Mərkəzinin yaxınlığında yerləşən otelə zəng edərək nömrə sifariş edib. Hadisə günü 214 nömrəli otaqda yerləşən terrorçu daha sonra buradan Müasir Sənətlər Mərkəzinə gəlib.

Altıntaş sərginin açılışında çıxış edən səfir Andrey Karlovun arxasında dayanıb. Bir müddət sonra silahını çəkərək səfiri başından güllə ilə vurub. Daha sonra bir neçə dəfə havaya atəş açıb.

Con F.Kennedi prospektində baş verən hadisəyə ilk olaraq yol polisləri müdaxilə edib. Polislərin “Təslim ol, silahını at, səni buradan sağ çıxaraq” çağırışına Altıntaş belə cavab verib: “Mən buradan sağ çıxmayacağam, onsuz da buraya sağ qalmaq üçün gəlməmişəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.