DÜNYA


Rusiya sentyabrda rekord həcmdə neft istehsal edib

A+ A

Bakı, 4 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Rusiya sentyabrda avqust ayı ilə müqayisədə 4 faiz artımla gündəlik 11,11 milyon barrel neft istehsal edib. Bu, Sovet dövründən sonra Rusiyanın yeni istehsal rekordudur.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, neft hasilatındakı rekord səviyyədəki artım neft kvotasının düzəlməsi fonunda reallaşıb.

Sentyabr ayında Rusiyanın təbii qaz istehsal həcmi də keçən ilin eyni dövrünə görə 5,15 faiz nisbətində artıb. Beləliklə təbii qaz istehsal həcmi gündəlik 1,71 milyard kubmetrə çatıb. Avqustla müqayisədə təbii qaz istehsal həcmi sentyabr ayında 16,5 faiz nisbətində artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.