DÜNYA


Rusiya şirkətləri İranın neft sənayesinə 6 milyard dollar sərmayə yatırmağı nəzərdə tutub

Tehran, 13 dekabr, AZƏRTAC

İran 7 neft yatağını Rusiya şirkətlərinin idarəçiliyinə verəcək. Bu barədə məlumat verən İranın neft naziri Bijən Namidar Zəncənə bildirib ki, artıq Rusiyanın “Lukoyl” şirkəti ilə müvafiq Anlaşma Memorandumu imzalanıb. Gələcəkdə bu yataqlardan 5 milyard barrel neft hasil etmək mümkün olacaq.

“Lukoyl” ilə yanaşı, İranın neft yataqlarının işlənilməsində Rusiyanın “Tatneft” və “Zarubej” neft şirkətləri də iştirak edəcəklər.

İranda səfərdə olan Rusiyanın enerji naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya neft şirkətlərinin İranda həyata keçirəcəkləri layihələrin dəyəri 6 milyard dollar həcmindədir. Bu məbləği İranın neft sənayesinə yatırılan xarici investisiya da hesab etmək olar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.