İQTİSADİYYAT


Rusiya turizm agentliklərinin təmsilçiləri ölkəmizlə yaxından tanış olublar

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi “Tour a vent” şirkətinin təşkilatçılığı ilə Moskvada fəaliyyət göstərən 16 turizm agentliyinin nümayəndələri reklam turu çərçivəsində ölkəmizə səfər ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Rusiyalı turizm təmsilçiləri Paytaxtla yanaşı, Naftalan, Şamaxı, Qəbələ, Şəki və Qusardakı “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar.

Bakıda Şirvanşahlar sarayı, Yanardağ, Atəşgah məbədi ilə tanışlıq xarici qonaqlarda zəngin təəssürat yaradıb. Regionlara səfər turunda turizm nümayəndələri “Shahdag Hotel&SPA”, “Shamaxi Palace Sharadil”, “Qafgaz Riverside”, “Sheraton Hotel Airport”, “Qafqaz Baku City” hotellərinə baş çəkiblər. Ölkəmizin müalicəvi turistik məkanları da qonaqların marağına səbəb olub. Möcüzəvi Naftalan neftinin, Qalaaltı müalicəvi suyunun faydaları, buradakı istirahət və əyləncə mərkəzləri haqqında rusiyalı qonaqlara ətraflı məlumat verilib.

Həmçinin, qonaqlar Azərbaycanın ilk dağ-xizək kurortu olan “Şahdağ” Turizm Mərkəzi və kompleksin gələcək inkişaf perspektivləri haqqında da bilgi alıblar.

Ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər və yaradılan infrastruktur rusiyalı turizm nümayəndələrində məmnunluq doğurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.