DÜNYA


Rusiya tütün məhsullarına aksizin artırılmasını təxirə salır

Bakı, 3 avqust, AZƏRTAC 

Rusiya Dövlət Dumasının Aşağı Palatası tütün məhsullarına tətbiq olunan aksiz vergisinin dərəcəsinin artırılmasını 2018-ci ilin iyulunadək təxirə salmağı qərara alıb. Hazırda isə bu verginin dərəcəsi 1000 siqaret üçün 1562 rubl (26,44 ABŞ dolları) təşkil edir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Rusiya qanunvericiliyinə görə, aksiz vergisinin artırılmasının təxirə salınması haqqında qərar parlamentin Yuxarı Palatasının təsdiqindən və Rusiya Prezidentinin fərmanından sonra qüvvəyə minə bilər. Hökumətin planına əsasən, gələn ilin iyul ayından tütün məhsulları üzrə aksiz vergisi 1000 siqaret üçün 1718 rubla (29 ABŞ dolları) qaldırılacaq.

Rusiyanın nəhəng tütün bazarında “BAT”, “İmperial Brands”, “Japon Tabaco” və “Philip Morris” kimi xarici şirkətlər üstünlük təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.