DÜNYA


Rusiya: vahid səsvermə ərəfəsində sükut günü

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-si Rusiyada Dövlət Dumasına seçkilərlə bağlı sükut günüdür. Bu gün televiziyalarda, mətbu nəşrlərdə və internetdə bütün növ seçkiqabağı təşviqat, həmçinin partiya tədbirləri və mitinqlər qadağan olunur. Eyni zamanda, səsvermə günü də saat 21:00-dək (sonuncu seçki məntəqəsi bağlananadək) təşviqat aparmaq olmaz.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, sentyabrın 18-də VII çağırış Dövlət Dumasına seçkilər keçiriləcək. Həmçinin həmin gün 9 qubernator seçiləcək və təxminən 40 regionda bülletenlərdə yerli parlamentlərə deputatlığa namizədlərin soyadları da yazılacaq.

Rusiya parlamentinin aşağı palatasına seçkilər iki sistem üzrə keçirilir. Belə ki, 225 deputat partiya siyahıları üzrə, 225 deputat isə birmandatlı dairələr üzrə seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.