İDMAN


Rusiya və Argentina futzalçıları dünya çempionatının finalında

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının finalçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gələn Argentina millisidir.

Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Qarşılaşma oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, Portuqaliya dörddəbir finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İrandan üstün olub. Üçüncü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.