MƏDƏNİYYƏT


Rusiya və Azərbaycan gəncləri arasında əməkdaşlıq əlaqələri genişlənir

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Moskvada Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iki ölkə arasında mədəni əlaqələrin davamlılığı, birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması, qarşılıqlı informasiya dəstəyinin göstərilməsi və digər məsələlər barədə razılıq əldə edilib.

Memoranduma əsasən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) görüləcək ilk birgə layihə - “Rusiya və Azərbaycan gənclərinin mədəni üstünlükləri və dəyər istiqamətləri: müasir vəziyyət və dövlət mədəniyyət siyasətinin meyarları” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu direktorunun müavini, filologiya elmləri namizədi Yevgeni Baxrevski, aparıcı elmi işçi, fəlsəfə elmləri doktoru Tatyana Bespalova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təbliğat və statistik araşdirmalar şöbəsinin müdiri Sənan Talıbov, elmi araşdırmalar şöbəsinin rəisi Rafiq Quliyev, mərkəzin sektor müdiri İrina Özçoban və başqaları çıxış ediblər.

Tərəflər Rusiya və Azərbaycanda aparılan dövlət mədəniyyət siyasətinin dəstəklənməsi istiqamətində tədbirlərin keçirilməsi və əməkdaşlığın davam etdirilməsi haqqında razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.