SİYASƏT


Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər

A+ A

Moskva, 1 iyul, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Fransua Olland arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair telefon söhbəti olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin başçısı kimi Fransua Ollandı Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın iyunun 20-də Sankt-Peterburqda keçirilən üçtərəfli görüşünün yekunları barədə məlumatlandırıb”.

Rusiya və Fransa liderləri ümidvar olduqlarını bildiriblər ki, bu görüşdə əldə olunan nəticələr sülh prosesinin inkişafına kömək edəcək. Bu vacib istiqamətdə birgə fəaliyyəti ATƏT-in Minsk qrupu çərçivəsində fəal surətdə davam etdirmək barədə razılıq əldə olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.