İDMAN


Rusiya və İngiltərə Dünya Şahmat Olimpiadasında iştirak edəcək heyətlərini açıqlayıb

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Sentyabrın 2-13-də Bakıda keçiriləcək 2016-cı ilin Dünya Şahmat Olimpiadasına qatılacaq Rusiya və İngiltərənin kişi və qadınlardan ibarət milli komandalarının tərkibi məlum olub.

AZƏRTAC xəbər verir ki, Rusiyanın kişilərdən ibarət yığma komandasına Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski və Yan Nepomnyaşi daxildir. Komandanın kapitanı və baş məşqçisi Andrey Filatovdur.

Qadın komandasının heyəti də açıqlanıb: Aleksandra Kostenyuk, Yekaterina Laqno, Valentina Qunina, Aleksandra Qoryaçkina və Nataliya Poqonina. Komandanın kapitanı və baş məşqçisi Sergey Rublevskidir.

Qeyd edək ki, qrossmeysterlər Vladimir Kramnik və Sergey Karyakin dünyanın ən güclü on şahmatçısı sırasına daxildir.

İngiltərə də Bakıda keçiriləcək Olimpiadada iştirak edəcək şahmatçıların siyahısını açıqlayıb.

Kişilərdən ibarət komandanın tərkibi belədir: Maykl Adams, Naycel Şort, Devid Hauell, Lyuk Makşeyn və Gaveyn Cons. Qadın yığma komandasına isə Yovana Houşka, Daqne Çiuksayt, Akşaya Kalayalahan, Sara Lonqson və Kanval Batya daxildir.

Komandaların kapitanları Malkolm Peyn və Con Spilmendir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.