İDMAN


Rusiya və Türkiyə milliləri yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar

A+ A

Bakı, 8 avqust, AZƏRTAC 

2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması həmin müddətədək yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

AZƏRTAC xəbər verir ki, şimal qonşularımızın iki rəqibi artıq müəyyənləşib. Avqustun 29-da bir araya gələcək Stanislav Çerçesovun yetirmələri ilk qarşılaşmalarını Türkiyə millisinə qarşı keçirəcəklər. Oyun avqustun 31-də Antalyada baş tutacaq. Bundan altı gün sonra isə ruslar Moskvada Qana millisini qəbul edəcəklər. Hər iki görüşün yeri və saatı hələlik bəlli deyil.

Qeyd edək ki, Fransada keçirilən Avropa çempionatında iştirak edən Rusiya və Türkiyə milliləri qrupdan çıxa bilməmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.