DÜNYA


Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 9-da Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, prezidentlər Suriya probleminin əsas aspektləri üzrə beynəlxalq terrorizmlə birgə mübarizə kontekstində fikir mübadiləsi aparıblar. Bundan başqa, ticarət-iqtisadi və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Vladimir Putin telefon danışığı zamanı Əl-Babda bir neçə türk əsgərinin həlak olduğu faciəli insidentlə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bir qədər əvvəl Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın şimalında İŞİD terrorçuları ilə atışmada 4 əsgərin həlak olduğu və 15-nin yaralandığı barədə xəbər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.