DÜNYA


Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub [YENİLƏNİB]

A+ A

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AZƏRTAC Rusiya Prezidentinin saytına istinadla xəbər verir ki, Prezident Vladimir Putin Türkiyədə baş verən qiyamda çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Rusiya Prezidenti dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı ölkəsinin prinsipial mövqeyini ifadə edib.

Telefon danışığında Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyi məsələləri də müzakirə olunub.

Dövlət başçıları yaxın perspektivdə görüşmələri barədə əvvəlki telefon danışığında razılığa gəldiklərini təsdiq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.