DÜNYA


Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Suriya problemini müzakirə ediblər

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlar zamanı əsas diqqət Suriyadakı vəziyyətə yönəldilib. Tərəflər Suriyada münaqişənin nizamlanması üzrə səylərin koordinasiyası məqsədilə müxtəlif kanallar vasitəsilə əlaqələri davam etdirmək barədə razılaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.