ELM VƏ TƏHSİL


Rusiya yağış yarada biləcək avadanlıq istehsal edəcək

Bakı, 12 avqust, AZƏRTAC

Rusiyada tezliklə yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər. Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yarada biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb.

Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.