DÜNYA


Rusiya yenidən öz “Alibaba” şirkətini yaradır

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

"Sberbank" öz infrastrukturundan istifadə edərək Rusiyada Çinin internet-nəhəngi olan "Alibaba"nın analoqunu yaratmağı planlaşdırır. Layihə "Milli ekosistem" adlanır.

AZƏRTAC "psm7.com" saytına istinadla xəbər verir ki, onlayn-meydança bir çox sahələri, o cümlədən istehlak malları, daşınmaz əmlak, təhsil, səhiyyə, istirahət və səyahət, proqram təminatı və əlavələrin hazırlanması, istehsal, maliyyə xidmətləri və sair sahələri əhatə edəcək. "Sberbank"ın planlarında "B2B" və "B2C" ticarət seqmentini əhatə etmək, eləcə də 2025-ci ilədək ticarət dövriyyəsini 65 trilyon rubla çatdırmaq dayanır.

Platformanın yaradılmasının üç variantı var: "Sberbank"ın gücü sayəsində, Rusiyanın iri internet-şirkətləri (məsələn, "Yandeks" və ya “mail.ru”) və yaxud xarici şirkətlərlə birgə.

"Alibaba Group" şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri Mark Zavadski qeyd edib ki, qrup istənilən təkliflərə açıqdır və Rusiyada bir və ya bir neçə strateji tərəfdaşlarla birgə iş imkanlarını nəzərdən keçirir.

Rusiya hələ 2016-cı ilin əvvəllərində özünün "Alibaba" nəhəngini yaratmağı elan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.