İDMAN


Rusiya yığması 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçma yarışında qalib gəlib

Bakı, 3 avqust, AZƏRTAC

Atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının qalibi Rusiya təmsilçiləri olub.

AZƏRTAC xəbər verir ki, Rusiya idmançıları Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov 1169 xalla bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gümüş medalı 1167 xalla İsveç atıcıları Emil Martinsson, Jasper Nyberg, Rickard Johansson qazanıblar. Finlandiyalı Topi Hulkkonen, Heikki Lahdekopi, Tomi-Pekka Heikkla 1161 xalla bürünc mükafata layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.