DÜNYA


Rusiyada FHN təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb VİDEO

A+ A

Moskva, 3 iyul, AZƏRTAC

Rusiyanın İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər heyət üzvü həlak olub.

Təyyarənin qalıqları gecə saatlarında Rıbnıy Uyan yaşayış məntəqəsi yaxınlığında aşkar edilib.

İlkin ehtimala görə, İrkutsk vilayətində meşə yanğınlarının söndürülməsi ilə məşğul olan və iyulun 1-də radarlardan itmiş təyyarə ağaca dəyərək qəzaya uğrayıb.

İyulun 4-də İrkutsk vilayətində matəm elan olunub.

Fəridə Abdullayeva

AZƏRTC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.