DÜNYA


Rusiyada Maksim Qorkinin yapışqan lentdən hazırlanmış portret əsəri müsabiqədə qalib olub

Bakı, 19 iyun, AZƏRTAC

Rusiyanın Nijni Novqorod şəhərində “Yer” adlı küçə festivalı keçirilib. Festival çərçivəsində ən orijinal əsərlərin müsabiqəsi baş tutub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müsabiqədə Rusiyanın Perm şəhərindən olan tanınmış küçə rəssamı Aleksandr Junyov qalib gəlib. Rəssam dünyaca məşhur yazıçı Maksim Qorkinin yapışqan lentdən portret əsərini yaradıb.

Aleksandr Junyov Rusiyada öz qeyri-adi əsərləri ilə tanınır. Belə ki, 2009-cu ildə A.Junyov Permdə 160 kvadratmetr ərazidə və 12 metr hündürlüyü olan şair Sergey Yeseninin portret əsərini yaradıb. Həmçinin A.Junyov 2012, 2013 və 2014-cü illərdə Permdə keçirilən küçə incəsənəti festivallarının müəllifidir.

Rəssam Rusiyada yaşadığı şəhərdə yaratdığı “Гагарин. Распятие” əsəri ilə məşhurlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.