DÜNYA


Rusiyada Xalq Birliyi Günü qeyd edilir

A+ A

Moskva, 4 noyabr, AZƏRTAC

Bu gün Rusiyada Xalq Birliyi Günü qeyd edilir. Həmin gün 1612-ci ildə Moskvanın polşalı müdaxiləçilərdən azad edilməsi şərəfinə təsis olunub.

Ənənəyə görə, Xalq Birliyi Günü istirahət günü sayılır. Bu münasibətlə Rusiyanın müxtəlif şəhərlərində bayram mitinqləri və nümayişlər keçirilir, konsertlər verilir, tarixi canlandıran meydan tamaşaları göstərilir.

Mitinq-konsertlə başa çatacaq yürüşdə təqribən 10 min adamın iştirakı gözlənilir. Park, muzey, mədəniyyət evləri və kitabxanalarda da bayram tədbirləri keçiriləcək. Sankt-Peterburqda İşıq Festivalı açılacaq. Festivalda Neva sahillərində yerləşən bu şəhərin simasının formalaşması tarixinə həsr olunmuş lazer instalyasiyaları təqdim ediləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.