DÜNYA


Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 2 iyul, AZƏRTAC

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib. "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər yaralanıb. Bu barədə Tatarıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

AZƏRTAC "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə Tatarıstanın Zainsk şəhərindən 9 kilometr məsafədə baş verib. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb.

Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilir. Yaralılar Zainsk rayonunun mərkəzi xəstəxanasına çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.