DÜNYA


Rusiyada birgünlük istiqrazların yerləşdirilməsinə başlanılıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Rusiya maliyyə bazarında debüt baş tutub: “Bank VTB” birgünlük istiqrazların yerləşdirilməsinə başlayıb.

AZƏRTAC “Vestifinance.ru”ya istinadla xəbər verir ki, tələb cəmi 3 milyard rubl təşkil etsə də, bank investorlara 25 milyard rubl (405 milyon dollar) həcmində birgünlük istiqraz təklif edib. İstiqraz üzrə illik gəlirlilik 10,26 faiz olub.

“Bank VTB”, ümumiyyətlə 5 trilyon rubl həcmində birgünlük istiqraz yerləşdirməyi planlaşdırır. Yerləşdirmə hər gün həyata keçiriləcək, lakin bankın hər gün bazara çıxmaq kimi öhdəliyi yoxdur. Başqa sözlə, bank cari likvidliyinə əsaslanaraq emissiyanı istədiyi vaxt həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.