ELM VƏ TEXNOLOGİYA


Rusiyada çıxan nüfuzlu jurnalda ermənilərin Azərbaycan xanlıqlarına köçürülməsi haqqında məqalə dərc edilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Rusiyanın nüfuzlu “Sovremennaya nauçnaya mısl” jurnalının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş xüsusi nömrəsi çapdan çıxıb. Bu əlamətdar hadisə münasibətilə jurnalın naşiri – Rusiya Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun idarə heyəti, jurnalın redaksiyası və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi şurası bu nəşrin Azərbaycana həsr edilmiş birgə tematik nömrəsini hazırlayıblar.

AMEA Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, jurnalın xüsusi nömrəsi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Prezident İlham Əliyev müasir inkişafın Azərbaycan modelinin qurucusudur” adlı məqaləsi ilə açılır. Jurnalın bu nömrəsinə daxil edilmiş məqalələrdən biri də “XIX əsrdə və XX əsrin əvvəlində ermənilərin Azərbaycan xanlıqlarına köçürülməsi: məsələnin tarixinə dair” adlanır. Bu məqalənin müəllifləri Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin professoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü Rauşenbek Absattarov və Bundesverin Qərargah Zabitləri Akademiyası (Hamburq) və Vətənin Müdafiəsi Akademiyası (Vyana) nəzdində Beynəlxalq Təhlükəsizlik Elmi Forumunun professoru Rau İohanndır.

Məqalədə Rusiya İmperiyasının Cənubi Qafqazda öz mövqeyini möhkəmlətməsi, habelə İranın və Osmanlı İmperiyasının erməni əhalisinin kütləvi şəkildə buraya köçürülməsi ilə əlaqədar regionun etnik xəritəsinin dəyişməsi məsələsi nəzərdən keçirilir. Oxucuların diqqəti bu fakta cəlb edilir ki, Ermənistana aid bir sıra araşdırmalarda və sorğu ədəbiyyatında ermənilərin köçürülməsi faktının ya heç adı çəkilmir, ya da bu prosesin yalnız bir hissəsi göstərilir. Müəlliflər köçkünlər axınının genişmiqyaslı olmasını vurğulayaraq qeyd edirlər ki, kortəbii şəkildə və hakimiyyət orqanları tərəfindən təşkil olunmuş köçürülmələri bir-birindən fərqləndirmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.