DÜNYA


Rusiyada elektrotəyyarə hazırlanacaq

Bakı, 18 iyul, AZƏRTAC

Yaxın illərdə Rusiyada elektrotəyyarə işlənib hazırlanacaq.

Bu barədə N.E.Jukovski adına İnstitutun Milli Tədqiqatlar Mərkəzinin rəhbəri Andrey Dutov deyib. Onun sözlərinə görə, artıq bu il mərkəzin nümayəndələri belə bir təyyarə maketini ictimaiyyətə nümayiş etdirməyə hazırdırlar. Dutov vurğulayıb ki, bu, təcrübəli nümunənin yaradılması yolunda ilk addım olacaq.

AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, güc qurğusunun nominal gücü təxminən 500 kvt təşkil edəcək. A.Dutov qeyd edib ki, yaxın üç ilə elektrik hərəkət qüvvəsi ilə tam təyyarə mühərrikinin yaradılmasına dair proqramı reallaşdırmaq olar. Bu istiqamətdə artıq müəyyən işlər aparılır. Nəqliyyat vasitəsi eyni vaxtda 19-dək sərnişin daşıya biləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.