DÜNYA
Rusiyada gəminin batması nəticəsində çox sayda insan həlak olub VİDEO
Bakı, 2 aprel, AZƏRTAC
Oxot dənizində Rusiyaya məxsus gəmi batıb.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, Oxot dənizində "Dalni Vostok" adlı balıq ovlayanların gəmisinin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb. Son məlumatlara əsasən 63 nəfər xilas edilib.
Kamçatka yarımadasına yaxın bölgədə baş verən qəza zamanı gəmidə olan 130 sərnişin və şəxsi heyətdən hələlik 63-ü xilas edilib, 15 nəfərin axtarışı isə davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi güman olunur.
Xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə qəza bölgəsinə 26 gəmi göndərilib.
Gəmidə Rusiya, Litva, Myanma, Ukrayna və Vanuatu vətəndaşlarının olduğu bildirilir.