DÜNYA


Rusiyada hasil edilən almazın 60 faizi Belçikaya ixrac edilib

A+ A

Moskva, 3 noyabr, AZƏRTAC

Rusiyada 2016-cı ilin birinci yarısında 18,225 milyon karat almaz hasil edilib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz azdır.

Hasil edilən almazın bir karatı 92,8 dollardan hesablanmaqla ümumi dəyəri 1,684 milyard dollar təşkil edir. Məhsulun 60 faizi Belçikaya, qalan hissəsi Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub.

Rusiyanın ən iri almaz hasilatçısı “ALROSA” şirkətidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.