DÜNYA


Rusiyada ilk müsəlman smartfonu yaradılıb

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Rusiyanın BQ brendi “Belief” ilk müsəlman smartfonunu təqdim edib.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, qurğu duanın dəqiq vaxtını hesablamağı və namazın başladığını xəbər verə bilir. Eyni zamanda, “Belief” sahibinə yaxınlıqda məscidin və menyusunda halal təamlar olan restoranın yerləşdiyi yeri də müəyyən edir. Qurğuya yüklənən “Quran”ı mətn formasında oxumaq və yaxud audiovariantda səsləndirmək də olar.

Telefonun arxa qapağı ərəb üslubunda rəsmlə bəzədilib. Smartfon Android 6.0 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.