DÜNYA


Rusiyada istehsal olunan “Volkswagen Tiguan” avtomobillərində nasazlıq aşkar edilib

A+ A

Moskva, 10 noyabr, AZƏRTAC

Rusiyanın Kaluqa şəhərindəki “Volkswagen Group Rus” zavodunun istehsal etdiyi “Tiguan” avtomobillərinin sonuncu partiyasının mühərrikində nasazlıq aşkar edilib.

TASS agentliyinin yaydığı xəbərə görə, konveyerdən çıxan təxminən 400 zədəli avtomobilin 100-ü artıq alıcılara satılıb. Nasazlıq 2,0 litr həcmli mühərrikə malik “Tiguan”larda müəyyən olunub. Zavoddan agentliyə bildiriblər ki, nasaz avtomobillərin sahibləri artıq dilerlərə müraciət ediblər.

Mühərriklərin Kaluqa zavodunda istehsal edilmədiyi də vurğulanır. Zədəli avtomobillərin bir hissəsi Rusiyada dilerlərə çatdırılıb, qalan hissəsi isə başqa ölkələrə göndərilib. Avtomobillərin geri qaytarılması barədə hələlik qərar qəbul edilməyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.