ELM VƏ TEXNOLOGİYA


Rusiyada kompyuter elmləri fakültəsi təsis edilib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Rusiyanın Milli Tədqiqat Universiteti “Ali iqtisadiyyat məktəbi” və “Yandeks” şirkətləri ilə birgə kompyuter elmləri fakültəsini təsis edib. Əsas məqsəd “Nəzəri və tətbiqi informatika”, o cümlədən “Proqram mühəndisliyi” proqramları üzrə mütəxəssislər hazırlamaqdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fakültə ali iqtisadiyyat məktəbində mövcud proqram mühəndisliyi ilə tətbiqi riyaziyyat və informatika bölmələrini birləşdirəcək.

“Yandeks”in baza kafedrası əsasında fəaliyyət göstərəcək fakültənin tədris planını universitetin müəllimləri və şirkətin mütəxəssisləri hazırlayacaq. Tədrisə maşın təlimi, böyük verilənlər və kompyuter elmlərinin digər istiqamətləri üzrə kurslar da daxil olacaq. Mühazirələri və seminarları isə Milli Tədqiqat Universitetinin “Ali iqtisadiyyat məktəbi”nin və “Yandeks”in əməkdaşları aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.