DÜNYA


Rusiyada milli rəqəmsal valyuta yaradılır

Bakı, 2 iyun, AZƏRTAC

Rusiya Mərkəzi Bankı milli rəqəmsal valyutanın yaradılması üzərində işə başlayıb.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədr müavini Olqa Skoroboqatova deyib.

"Dünyada dövlət və vətəndaşlar üçün təhlükəsiz maliyyə alətlərinə maraq artır. Mənə elə gəlir ki, yaxın iki-üç il ərzində bu mövzu çox fəal inkişaf edəcək. Biz hazırda bu mövzunun bütün müsbət və mənfi cəhətlərini araşdırırıq", - deyə bankın sədr müavini qeyd edib.

Rusiyada yaradılacaq rəqəmsal valyuta yeni texnologiyalar səviyyəsində pul vəsaitlərindən istifadə imkanı verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.