DÜNYA


Rusiyada miqrantlar icbari tibbi sığorta hüququndan məhrum ediləcəklər

Moskva, 19 may, AZƏRTAC

Rusiya Maliyyə Nazirliyi icbari tibbi sığorta polisi almaq hüququ olan miqrantların sayının azaldılması barədə bu ölkənin Səhiyyə Nazirliyinin təklifini dəstəkləyib.

Büdcə vəsaitlərinə qənaət edilməsi məqsədilə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrdən – Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandan olan miqrantların ailə üzvlərinin Rusiyada icbari tibbi sığorta polisi almaq hüququ ləğv edilir. Bu ölkələrdən olan miqrantlar yalnız özləri pulsuz tibbi yardımdan istifadə edə biləcəklər.

Eyni zamanda, əmək müqaviləsi ilə deyil, digər əsaslarla, məsələn, vətəndaş-hüquq müqaviləsi, yəni, vətəndaşlar və ya hüquqi şəxslər arasında bağlanmış müqavilələr əsasında Rusiyada işləyən miqrantlar da icbari tibbi sığorta hüququndan məhrum ediləcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.