DÜNYA


Rusiyada qəzaya uğrayan təyyarə ilə əlaqədar axtarış işlərinə əlavə 1300 hərbçi cəlb olunub VİDEO

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Rusiyada qəzaya uğrayan “Tu-154” təyyarəsi ilə əlaqədar axtarış işlərinə əlavə 1300 hərbçi cəlb olunub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Qara dənizdə axtarışlar 32 gəmi, 80 dalğıc və beş helikopter tərəfindən aparılır. Bundan başqa, axtarış işlərində pilotsuz uçuş aparatlarından və uzaqdan idarəolunan sualtı cihazlardan da istifadə edilir.

Təyyarədəki sərnişinlərdən indiyədək on nəfərin cəsədi tapılıb.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov sərnişinlərin sağ qalması ilə bağlı hələ heç bir informasiyanın olmadığını bildirib.

Dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.