DÜNYA


Rusiyada su kranlarından neft axıb

A+ A

Bakı, 2 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Rusiyada su kranlarından neft axıb.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, Rusiyanın şərqindəki Çerski kəndinin sakinləri evlərindəki su kranlarını açdıqda krandan isti su əvəzinə neftin gəldiyini görüblər.

Kəndin mərkəzi istilik sistemində meydana gələn qəza nəticəsində 3 ton neftin su şəbəkəsinə sızdığı bildirilir. Neftin su şəbəkəsi ilə yanaşı bölgədəki çayları və ətraf əraziləri kirlətdiyi də qeyd edilib.

Su şəbəkəsindəki nefti təmizləməyə çalışan səlahiyyətlilər soyuq su kranlarında hər hansı bir problemin olmadığı deyiblər. Lakin vətəndaşlara isti suyu içmədən əvvəl qaynatmaları barədə xəbərdarlıq edilib.

Faktla bağlı istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.