DÜNYA
Rusiyada tanınmış siyasətçi Boris Nemtsov qətlə yetirilib
Bakı, 28 fevral, AZƏRTAC
Rusiyanın müxalifət liderlərindən olan, tanınmış siyasətçi Boris Nemtsov qətlə yetirilib. Qatillərin tutulması ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, hadisə ilə bağlı Prezident Vladimir Putinə dərhal məruzə olunub. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Vladimir Putin qətli sifariş və təxribat xarakteri daşıdığını bildirib. Prezident B.Nemtsovun qətli ilə bağlı istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətə götürməyi tapşırıb”.
Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildiyini diqqətə çatdırıb. Y.Alekseyeva jurnalistlərə bildirib ki, naməlum şəxslər ağ rəngli avtomobildən B.Nemtsova bir neçə dəfə atəş açıblar və o, hadisə yerində keçinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]